"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Audiovizual Şurasının iclası çərçivəsində fevralın 11-də "Kinobox" və "Mahnı TV"yə lisenziya verilib.
Şuradan BAKU.WS-ə verilən məlumata görə, lisenziyalar müraciətlər əsasında verilib.
Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edib.
İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.
İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında da müvafiq qərarlar qəbul edilib.
Oxşar xəbərlər
Həkim gündə bir yumurta yeməyin faydalarını açıqlayıb
Kardioloq Aurelio Roxas gündə cəmi bir yumurta qəbul etməyin orqanizmdə yaratdığı müsbət dəyişikliklərdən danışıb. BAKU.WS xəbər verir ki, mütəxəssis bildirib k...