İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
Səfir Ronen Krausz və missiya rəhbərinin müavini Aviv Zell məzarın önünə gül dəstələri qoyublar.
"Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Şahin Məmmədov "SAHA 2026"da Türkiyənin kamikadze dəniz dronu ilə tanış olub
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədov İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində...