İsmayıllının ən tənha kəndi: Səssizlik içində keçən ömür

İsmayıllının ən tənha kəndi: Səssizlik içində keçən ömür
Video
Digər 15

Baku TV İsmayıllı rayonunun ən ucqar kəndlərindən biri olan Gəncə kəndində olub. Kənddə hazırda cəmi iki ailə yaşayır.

Onlardan biri Laçından köçkün düşən Vəli Laçınlının ailəsidir. Onlar burada məskunlaşaraq təsərrüfatla məşğul olurlar. Vəli Laçınlı deyir ki, bu ərazidə yaşamaq o qədər də asan deyil:

"Sadəcə, təsərrüfata görə burada yaşayırıq. Biz özümüz Laçındanıq. Havası yaxşıdır. Amma ərazidə su problemi var. Mal-qara saxlayırıq, əsas məşğuliyyətimiz budur. Əkin sahəmiz yoxdur".

Vəli kişinin bu gün ən böyük arzusu doğma yurduna tezliklə qayıtmaqdır. O, Laçına dönüş gününü səbirsizliklə gözləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər