İslam Rzayevlə Musa Şəkiliyev şərik imişlər - Biznesləri ÜZƏ ÇIXDI
Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qax rayonunun sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb.
BAKU.WS Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər.
Məlumatlara görə, bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rzayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir.
Məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə Balakəndə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan isə yaylaq kimi istifadə edirlər.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə BAKU.WS-ə Məkt...