İrana görə bəzi Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır
Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, vəziyyətlə bağlı davamlı işlər gedir.
Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın "Zvartnots", bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib.
"Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın "Zvartnots" hava limanındadır" - məlumatda deyilir.
Oxşar xəbərlər
ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) infrastruktur fondlarına investisiyaları 794,598 milyon manat təşkil edib. BAKU.WS report-a istinadə...