İran Silahlı Qüvvələri: "Rəisinin olduğu helikopterin qəzaya uğramasına səbəb əlverişsiz hava olub"
"İranın keçmiş prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı heç bir fərziyyə sübut olunmayıb".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya Mərkəzi bəyanat yayıb.
Bildirilir ki, İbrahim Rəisinin və onu müşayiət edən hökumət rəsmilərinin həlak olmasının səbəbi ilə bağlı hər hansı şübhənin ortaya atılması qəbuledilməzdir.
"Məsuliyyətsiz şərhlər məlumatsızlıqdan, ya da konkret məqsəd və qərəzdən irəli gəlir. Helikopterin qəzaya uğramasına səbəb sırf bölgədə mürəkkəb hava və coğrafi şərait olub. Fərziyyələrin heç biri, o cümlədən texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış, elektron müharibə və s. versiyalar sübuta yetirilməyib", - deyə İran SQ-nin Baş Qərargahından vurğulanıb.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...