İnternet resurslarının fəaliyyətində yaranmış fasilə ilə bağlı Dövlət Xidməti açıqlama yaydı
"Cloudflare" antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilənin "AzStateNet" şəbəkəsinə və gov.az zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb".
BAKU.WS xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
"Məlumat üçün bildiririk ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.
"Cloudflare" kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb"
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox,...