İmran Muxtarov: Türkiyədə nəhəng texnologiya şirkətlərilə təcrübə gənclərin bacarıqlarını inkişaf etdirir

İmran Muxtarov: Türkiyədə nəhəng texnologiya şirkətlərilə təcrübə gənclərin bacarıqlarını inkişaf etdirir
Digər 34

Azərbaycanlı tələbələrin Türkiyədə gənc alimlərlə təcrübə mübadiləsi onların kosmik, aerokosmik, aviasiya, qlobal süni intellekt, mühəndislik, texnologiya və innovasiya sahələri üzrə bilik və bacarıqlarını praktik istiqamətdə inkişaf etdirmək, bu sahələrə insan kapitalı yatırımını təmin etmək məqsədi daşıyır.

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov deyib.

O bildirib ki, yuxarıda sadalanan sahələr üzrə təqdim olunan proqramlar Azərbaycanın regionda və dünyada innovasiya sahəsi ilə bağlı inkişafını təmin etmək baxımından əhəmiyyətlidir:

"Bundan başqa, gənclərin elmi, praktik, nəzəri biliklərinin artırılmasına dəstək verilir, onların kosmik, innovativ, hərbi, müdafiə potensiallı texnologiyalarla tanışlığı artırılır".

İ.Muxtarov artıq tələbələrin, gənc alimlərin Bursa və Ankarada astronavtika, aeronavtika və aviasiya sahəsi üzrə fəaliyyətlərlə əyani tanışlıq imkanı qazandıqlarını bildirib:

"Ümumilikdə 26 nəfərlik heyətlə buradayıq. Türkiyənin Bursa, Ankara və İstanbul şəhərlərində nəhəng hərbi, kosmik, texnologiya şirkətləri ilə görüşlərimiz keçirilir. Bursada GUHEM-Gökmen Aerokosmik və Aviasiya Mərkəzində Türkiyənin ilk astronavtı Alper Gezeravcı tələbə və gənc alimlərimizlə öz təcrübələrini bölüşdü. İştirakçılarımız 2 gün ərzində GUHEM-də müxtəlif təlimlər keçdilər. Ankarada isə gənclərimiz ASELSAN, HAVELSAN, ROKETSAN, TUSAŞ şirkətləri ilə yanaşı, peyk və rabitə operatoru TÜRKSAT-da layihə və proqramlarla bağlı məlumat əldə etdilər. Onlar müxtəlif simulyatorlar, həmçinin simulyasiya əsaslı kritik hallarda yanaşmalar fəaliyyəti ilə tanış oldular".

Qeyd edək ki, 14-19 mart 2025-ci il tarixlərində KOSMİK Akademiyanın təşkilatçılığı, GUHEM-Gökmen Kosmik və Aviasiya Mərkəzinin dəstəyi, eləcə də Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, SABAH qruplarının əməkdaşlığı ilə Türkiyənin Bursa, Ankara və İstanbul şəhərlərində Azərbaycan universitetlərinin tələbələri üçün nəzəri və praktiki təcrübə mübadiləsi gerçəkləşdirilir.

Proqramda Azərbaycan tərəfdən Milli Aviasiya Akademiyasının dekanı Firdovsi Mahmudlu, SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova, Milli Aviasiya Akademiyasının sektor müdiri Rabil Mürsəlov, SABAH qruplarının Tələbə işləri üzrə direktor müavini Sevinc Əliyeva, "Azərkosmos"un İnsan resurslarının idarə edilməsi və sənədləşmə departamentinin direktoru İnarə İbrahimxəlilova iştirak edirlər.

Təcrübə mübadiləsinə Azərbaycanın 14 universitetini təmsil edən tələbələr, gənc alimlər, "Azərkosmos" və "Zəfər" təşkilatının əməkdaşlığı ilə üç şəhid və qazi övladı da cəlb olunub.

Oxşar xəbərlər

Bu 5 bürcün namayəndələri yaxın günlərdə xoş xəbərlər alacaqlar

Bu 5 bürcün namayəndələri yaxın günlərdə xoş xəbərlər alacaqlar

Astroloqlar yaxın günlərin Bürcün beş bürcünə xoş xəbərlər gətirəcəyini proqnozlaşdırırlar. Bu, uğurlu təsadüf, gözlənilməz qazanc və ya şəxsi həyatınızda çoxd...

101 Digər 23:59 18 mart 2025

Son xəbərlər