İki dilli mühit uşağın nitqini gecikdirirmi?
İki və ya daha çox dildə danışılan ailələrdə böyüyən uşaqlarda nitq inkişafı valideynləri tez-tez narahat edir. Ən çox verilən sual isə budur: iki dilli mühit nitqi gecikdirirmi?
Bu məsələyə aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik.
Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, elmi baxımdan, iki dilli mühit təkbaşına nitq pozuntusu səbəbi deyil.
Mütəxəssisin sözlərinə görə, lakin bu faktor uşağın danışığında müəyyən qədər rol oynayır.
"Düzgün qurulmayan dil mühiti nitqin gec və qarışıq formalaşmasına səbəb ola bilər.
Risk yaradan hallar:
Hər iki dildə sistemsiz və qarışıq danışıq
Bir dilin tam formalaşmamış olması
Uşağa uyğun olmayan yaş səviyyəsində dil tələbi
Belə uşaqlarda söz ehtiyatı iki dil arasında bölünür. Nəticədə valideynə elə gələ bilər ki, uşaq az söz bilir.
Əslində isə uşaq hər iki dildən anlayır, sadəcə aktiv istifadə gec formalaşır", - deyə Fatimə Məmmədova bildirib.
Ekspert deyir ki, əgər uşaq hər iki dildə də söz demirsə, ünsiyyətdən qaçırsa və ya başa düşmədə də çətinlik varsa, bu zaman mütləq mütəxəssis dəyərləndirməsi aparılmalıdır.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Saqqız çeynəməyi sevənlərə xoşagəlməz nəticələr barədə xəbərdarlıq
Gün ərzində daim saqqız çeynəməyi vərdişə çevirən insanlar ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər. Bu barədə stomatoloq Yekaterina Tsıbina xəbərdarlıq...