Heydər Əliyevin 103 illiyinə həsr edilən yarışda birincilik Çevik Polis Alayının oldu
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Daxili İşlər Nazirliyinin Aparatı və Bakı şəhər polis orqanları arasında güllə atıcılığı üzrə zona yarışı keçirilib.
BAKU.WS xəbər verir ki, yarışda yüksək nəticə göstərən Çevik Polis Alayının komandası birinci yerə layiq görülüb.
Yarış iştirakçıları arasında gərgin mübarizə şəraitində keçən turnirdə Çevik Polis Alayının əməkdaşları peşəkar hazırlıq və yüksək atıcılıq bacarıqları nümayiş etdirərək rəqiblərini qabaqlayıblar.
Yekunda qalib komandaya müvafiq mükafatlar təqdim olunub.
Qeyd edək ki, bu cür yarışların keçirilməsində məqsəd polis əməkdaşlarının peşə hazırlığının artırılması, xidməti bacarıqlarının təkmilləşdirilməsi və şəxsi heyət arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 34 il ötür. BAKU.WS xəbər verir ki, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-...