Hava şəraiti kəskin dəyişəcək
Havanın temperaturu enəcək, yağış, qar yağacaq, yollar buz bağlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti bununla bağlı əhaliyə xəbərdarlıq edib.
Qurumdan "Xəzər Xəbər"ə verilən məlumata görə, bəzi dağlıq rayonlarda fevralın 6-8-də gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.
Məlumata əsasən, sabahdan etibarən gözlənilən hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Xidmət rəsmisi Gülşad Məmmədova deyib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Bu arada Baş Dövlət Yol Polisi İdarəsi də hava şəraiti ilə bağlı müraciət edib.
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının artacağını nəzərə alaraq, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik-deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Ən dostcanlı bürclər
Bəzi insanlar təbiətcə mehriban, səmimi və ünsiyyətcil olurlar. BAKU.WS xəbər verir ki, astrologiyaya görə, elə bürclər var ki, dostluğa böyük əhəmiyyət verir,...