Günəşdə iki güclü parllayış qeydə alınıb
İyulun 3-də Günəşdə M sinfinə aid iki güclü partlayış baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, ilk M1.2 sinifli alışma Bakı vaxtı ilə saat 03:12-də qeydə alınıb və 13 dəqiqə davam edib.
İkinci M1.5 sinifli alışma isə saat 17:13-də baş verib. Onun da davametmə müddəti 13 dəqiqə olub.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovat gücünə uyğundur. Hər növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır. Alışmalar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər və bu plazma buludları Yerə çatdıqda geomaqnit qasırğalarına səbəb ola bilər.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...