Günəşdə güclü partlayış olacaq
Günəşdə böyük fəallıq sahəsi formalaşır.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) və Sibir Bölməsinin Günəş-Astrofizika İnstitutunun (İSЗF SB RAN) Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilir ki, əgər bu sahənin ölçüsü artmaqda davam edərsə, yaxın sutka ərzində ən yüksək – X sinifli alışmaların baş verməsi mümkündür.
Qeyd olunur ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X.
Minimum A0.0 sinfi Yerin orbitində kvadrat metrə 10 nanovat gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti hərfə keçid zamanı şüalanma gücü 10 dəfə artır.
Belə alışmalar Günəş plazmasının atılmaları ilə müşayiət oluna bilər. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Oxşar xəbərlər
Cəsur bürclər - Onlar təhlükəli və mürəkkəb vəziyyətlərdə soyuqqanlı qala bilir
Astrologiyada riskdən qorxmayan, çətin vəziyyətlərdə geri çəkilməyən və öz qərarlarının arxasında dayanan bürclər müəyyən olunub. Cəsur bürclərin siyahısını təq...