Gmail istifadə edəblərin NƏZƏRİNƏ - Bundan sonra...

Gmail istifadə edəblərin NƏZƏRİNƏ - Bundan sonra...
Digər 131

"Google" şirkəti istifadəçilərə "@gmail.com" domenində olan elektron poçt ünvanını dəyişmək imkanı yaradacaq.

BAKU.WS xəbər verir ki, indiyədək bu funksiya mövcud olmayıb və şirkət rəsmi arayışında Gmail ünvanının dəyişdirilməsinin mümkün olmadığını açıq şəkildə bildirib.

Qeyd olunur ki, Google-un Hindistandakı dəstək səhifəsində yeni funksiyanın mərhələli şəkildə tətbiqi ilə bağlı məlumat yerləşdirilib.

İstifadəçilər mövcud @gmail.com ünvanlarını yeni ünvanla əvəz edə biləcəklər. Ünvan dəyişdirildikdən sonra köhnə e-poçt silinməyəcək, psevdonim kimi saxlanılacaq. İstifadəçi həm köhnə, həm də yeni ünvana gələn məktubları almağa davam edəcək.

Hesabda olan bütün məlumatlar - yazışmalar, fotolar, fayllar və xidmətlər üzrə tarixçə dəyişmədən qalacaq.

Bununla yanaşı, bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Köhnə e-poçt ünvanından dərhal yeni hesab yaratmaq mümkün olmayacaq - bu yalnız 12 aydan sonra mümkün olacaq. Yeni təyin olunan ünvanı silmək də mümkün olmayacaq. Google xidmətlərinə - o cümlədən Gmail, YouTube, Google Drive, Maps və Google Play - giriş istənilən ünvan vasitəsilə mümkün olacaq.

Məlumata görə, bir hesab e-poçt ünvanını maksimum üç dəfə dəyişə biləcək. Yəni istifadəçi ümumilikdə dörd fərqli Gmail ünvanına sahib ola biləcək.

Google hələlik bu funksiyanın rəsmi istifadəyə verilməsi ilə bağlı açıqlama yaymayıb. Ehtimal olunur ki, yenilik hazırda ayrı-ayrı regionlarda test edilir.

Son xəbərlər