Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış
Foto
Digər 52

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən "Weill Cornell Seminar in Obstetrics and Gynecology" adlı beynəlxalq elmi tədbirdə iştirak edib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 28 ölkədən 37 iştirakçının qatıldığı nüfuzlu seminar çərçivəsində Aygün Məmmədovanın təqdim etdiyi "Abdominal hamiləlik" adlı klinik hadisə mövzusu yüksək dəyərləndirilərək "Ən yaxşı təqdimat" sertifikatı ilə təltif olunub.

Seminar "Open Medical Institute" (OMI), "Weill Cornell Medicine" və Vyana Tibb Universiteti tərəfindən birgə təşkil edilib. Hamiləlik və ginekologiya sahəsində son elmi yeniliklərin, nadir klinik hadisələrin və müasir müalicə metodlarının müzakirə olunduğu bu platforma dünya üzrə tanınmış mütəxəssisləri bir araya gətirib.

Azərbaycanlı mütəxəssis Aygün Məmmədovanın təqdimatı iştirakçılar və ekspert heyəti tərəfindən peşəkar yanaşması, elmi əsaslara söykənməsi və təqdimat bacarığı ilə seçilərək seminarda ən yüksək qiymət alıb. "Abdominal hamiləlik" kimi nadir rast gəlinən bir halın ətraflı klinik analizi, diaqnostika çətinlikləri və müalicə yanaşmaları seminar iştirakçılarının marağına səbəb olub.

Təqdimat mərasimi zamanı həkimlərə mədəni mənsubiyyəti əks etdirən milli geyimdə iştirak etmələri tövsiyə olunub. Həkim Aygün Məmmədova da milli kimliyimizi və Azərbaycanın zəngin mədəniyyətini əks etdirən geyimdə səhnəyə çıxıb. Bu, həm tibb sahəsindəki peşəkarlığın, həm də milli dəyərlərə bağlılığın uğurlu sintezi kimi qələmə verilib.

Son xəbərlər