Fransada kişi canlı yayımda zorakılığa məruz qalaraq ölüb
Fransada 46 yaşlı kişi canlı yayım zamanı zorakılığa məruz qalaraq ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilir ki, hadisə Fransanın cənubunda baş verib. Rafael Qreyven adlı şəxs orada yaşayıb və ölkədə tanınan onlayn platformada açdığı canlı yayımlar vasitəsilə populyarlıq qazanıb.
Canlı yayımlar zamanı o, təhqirlərə, alçaldılmalara və hətta işgəncələrə məruz qalıb. Lakin gözlənilmədən vəziyyəti pisləşib və onun vəfat etdiyi açıqlanıb.
Faktla bağlı polis araşdırmalara başlayıb. Canlı yayımların aparıldığı platformanın administrasiyası da prosesə qoşulub.
Oxşar xəbərlər
Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun!
Soyuq havada başı çiyinlərin arasına çəkmək və bədəni bükərək gəzmək boyun əzələlərində gərginliyə, kürəkdə ağırlıq hissinə və baş ağrılarına səbəb ola bilər. B...