"Formula-1" pilotlarının qazancı bəlli olub
"Formula-1"də ən çox qazanan pilotların adları açıqlanıb.
Oxu.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 20 sürücü, bonuslar istisna olmaqla, ildə təxminən 205 milyon funt-sterlinq qazanır.
Siyahıya isə hazırkı dünya çempionu Maks Ferstappen başçılıq edir. Onun illik qazancı 58 milyon dollardan artıqdır.
İlk onluq isə aşağıdakı kimidir:
1. Maks Verstappen (Niderland) - 58,859,503 milyon dollar
2. Lüis Hemilton (Böyük Britaniya) - 44,471,625
3. Çarlz Lekler (Monako) - 34,003,831
4. Lando Noris (Böyük Britaniya) - 19,616,498
5. Fernando Alonso (İspaniya) - 18,309,197
6. Corc Rassel (Böyük Britaniya) - 18,309,197
7. Serxio Peres (Meksika) - 14,387,194
8. Karlos Sans (İspaniya) - 11,771,877
9. Valteri Bottas (Finlandiya) - 9,155,717
10. Daniel Rikkardo (Avstraliya) - 6,539,174
Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi sentyabrın 13-15-də Azərbaycanda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanlı sənətçi Jeyleen dünyanın ən məşhur caz festivallarından birində çıxış edəcək
İsveçrədə yaşayan gənc və istedadlı azərbaycanlı bəstəkar bu yay əfsanəvi Monreal Beynəlxalq Caz Festivalında çıxış edəcək. Jeyleen iyulun 7-də keçiriləcək fest...