Everest zirvəsinin hündürlüyü artır - SƏBƏB

Everest zirvəsinin hündürlüyü artır - SƏBƏB
Digər 159

Everest zirvəsinin hündürlüyü ildən-ilə artır.

BAKU.WS EurekAlert saytının məlumatına istinadən xəbər verir ki, İngiltərədəki Universitet Kollecinin (UCL) mütəxəssisləri 8849 metr hündürlüyündə olan Everestin necə böyüdüyünü öyrənmək üçün müxtəlif modellərdən istifadə edərək Himalay dağlarında illər ərzində çayların təkamülünü araşdırıblar.

Tədqiqatçılar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.

Bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığını bildirən tədqiqatçılar eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin yüksəlməsinə səbəb olduğunu deyiblər.

Tədqiqatçılar çayın yaratdığı eroziyaya görə Everest dağının son 89 min ildə 15-50 metr uzandığını və hər il təxminən 2 millimetr böyüməyə davam edə biləcəyini bildiriblər.

Araşdırmanın müəlliflərindən biri "Everest dağının dəyişən hündürlüyü Yer səthinin dinamik təbiətini vurğulayır. Arun çayının eroziyası ilə Yer mantiyasının yuxarı təzyiqi arasındakı qarşılıqlı əlaqə Everest dağına sürətlənmə verir və onu normaldan yüksəlməsinə səbəb olur." açıqlamasında bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər

BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər

Almaniyanın ən böyük kimya şirkəti BASF bazar dəyəri 8 milyard avronu aşan rəqibi, ixtisaslaşmış kimyəvi maddələr istehsalçısı "Evonik"i almaq imkanlarını nəzər...

11 Digər 23:36 25 sentyabr 2026

Son xəbərlər