Əş-Şaraa dövrünün ən qanlı hücumu: Mənbic döyüş zonasına çevrildi

Əş-Şaraa dövrünün ən qanlı hücumu: Mənbic döyüş zonasına çevrildi
Video
Digər 210

Suriyanın şimalında, "Azadlıq şəfəqi" əməliyyatı çərçivəsində terror təşkilatı PKK/YPG-dən təmizlənən Mənbicdə bombalı hücum olub.

Bu barədə "Haber Global"ın hazırladağı süjetdə bildirilir.

Qeyd olunur ki, partlayış nəticəsində 20 nəfər həyatını itirib. Bu hadisə Əsəd rejiminin devrilməsindən sonra ölkədə baş verən ən qanlı hücum olub.

Məlumata görə, avtomobilə bomba yerləşdirilib və tarlalara gedən fermerlər, mülki şəxslər hücumun hədəfinə çevrilib. Partlayan avtomobilin yanında mədən işçilərini daşıyan pikap da olub.

Partlayışdan sonra ərazidə yanğın başlayıb. Suriya Mülki Müdafiə qüvvələri yanğına müdaxilə edib və yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb. Hücum nəticəsində ölənlər var, onların əksəriyyəti qadın olub, çoxlu sayda mülki şəxs yaralanıb.

Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib. Yerli təhlükəsizlik qüvvələri aksiyanın PKK/YPG terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimalını nəzərdən keçirir.

Xatırladaq ki, 35 gün ərzində Mənbicdə 7 terror aktı törədilib.

Daha ətraflı videoda:

Oxşar xəbərlər

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir. BAKU.WS "Report"a istinadən xəbər...

79 Digər 21:44 10 yanvar 2026

Son xəbərlər