Ermənistan və Slovakiya müdafiə sahəsində əməkdaşlıq haqqında razılığa gəlib
Slovakiyanın iqtisadiyyat nazirinin müavini Vladimir Şimonyakın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əvvəlcə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla V.Şimonyak arasında görüş olub.
Daha sonra danışıqlar geniş tərkibdə davam etdirilib, tərəflər müdafiə sahəsində Ermənistan-Slovakiya əməkdaşlığı məsələlərini müzakirə edib və razılıq əldə ediblər.
Qeyd olunur ki, görüş Slovakiyanın Baş naziri Robert Fitsonun Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.
Oxşar xəbərlər
Niyam Salami: "Ritm haramdır, insanı başdan çıxarır"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Niyam Salami olub. O, musiqi və mənəviyyat arasındakı bağa toxunaraq qeyri-təbii ritmlərin insan ruhuna...