Emin Əmrullayev: "Kəlbəcər məktəbinin tikintisi 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır"

Emin Əmrullayev: Kəlbəcər məktəbinin tikintisi 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır
Digər 134

"Kəlbəcər məktəbinin tikintisinə nəzarət Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır".

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, universitetin məzunu olan gənc mühəndislər işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərində, o cümədən Qarabağ Universitetinin inşasında fəal iştirak edirlər.

"Həmin məktəbin tikintisinin ilk ili kifayət qədər mürəkkəb idi, çünki o vaxt Kəlbəcərdə hələ heç bir infrastruktur yox idi. Çox çətin şəraitdə, gənc yaşına baxmayaraq, həmin mühəndis kifayət qədər böyük və gözəl məktəbin tikintisinin bir hissəsi oldu. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında da çox yaxından və böyük ürəklə iştirak edirlər".

E.Əmrullayev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Azərbaycan memarlarının və bu təhsil ocağının yetişdirdiyi mütəxəssislərin çox böyük zəhməti var.

Oxşar xəbərlər

Baku TV-nin 8 yaşı tamam olur

Baku TV-nin 8 yaşı tamam olur

Fevralın 18-i Baku TV-nin 8 yaşı tamam olur. 8 il əvvəl yola çıxan Baku TV-nin əsas hədəfi budur: Dünyada və ölkədə baş verən ən aktual xəbərləri operativ və dü...

49 Digər 00:00 18 fevral 2026

Son xəbərlər