Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışıb
"Rusiya və Azərbaycan münasibətlərini yaxşı kimi qiymətləndirmək olar, bu barədə artıq Azərbaycanın yüksəksəviyyəli rəsmi şəxsləri də danışıblar".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov bəyan edib.
O qeyd edib ki, ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcək.
"Düşünürəm ki, artıq direktiv var və şadam ki, bu gün rəsmi olaraq forumdakı işgüzar şura çərçivəsində biz yalnız münasibətlərimizin yaxşı olduğunu deyil, həm də onların, həm əmtəə dövriyyəsinin, həm turizmin və bütün istiqamətlərin gələcəkdə daha da inkişaf edəcəyini eşidə bildik", - deyə Ağalarov bildirib.
İş adamı həmçinin Sankt-Peterburqu çox sevdiyini qeyd edib. Onun sözlərinə görə, Şimal paytaxtı ən yaxşı şəhərdir.
Oxşar xəbərlər
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb. Bu barədə BAKU.WS-ə Məktəbə...