Elon Mask F-35 qırıcı təyyarəsini tənqid edib
Elon Mask Lockheed Martin şirkətinə məxsus F-35 qırıcı təyyarəsini tənqid edərək ordunun pilotlu təyyarələr əvəzinə pilotsuz uçuş aparatlarına (PUA) diqqət yetirməsini təklif edib.
BAKU.WS xəbər verir ki, onun sosial şəbəkədəki son paylaşımı ilə müzakirələrə səbəb olub.
Mask "X" hesabında Çin pilotsuz uçuş aparatlarının videosunu paylaşaraq onu belə şərh edib: "Bu arada bəzi axmaqlar hələ də F-35 kimi pilotlu qırıcı təyyarələr hazırlayır."
Maskın bu açıqlamaları geniş müzakirələrə səbəb olsa da, aviasiya mütəxəssisləri və hərbi analitiklər F-35-in imkanlarını müdafiə ediblər. Mask iddia edir ki, pilotsuz uçuş aparatları müasir müharibənin gələcəyidir. Buna baxmayaraq tənqidçilər qeyd edirlər ki, mövcud PUA-lar hələ də rabitə gecikməsi və səsdən aşağı sürət kimi məhdudiyyətlərlə üzləşir.
Oxşar xəbərlər
Azərbaycan Nyu-York Milli BMT Modeli Konfransında təmsil olunub
Kaliforniya Dövlət Universitetinin bir qrup tələbəsi dünyanın ən qədim və böyük universitetlərarası BMT Modeli konfransı olan illik Nyu-York Milli BMT Modeli Ko...