Elman Nəsirovun qızı: "Atam heç bir yardım etmədi"
"Atam Elman Nəsirovla bağlı videomüraciətim gündəmə gəldikdən sonra hər hansı dəyişiklik olmadı".
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) deyib.
"Atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi. Bir dəfə məni telefonunun "qara siyahı"sından çıxardı. Əlaqə saxlamağa çalışanda yenidən bloka saldı. 26 ildir necədirsə, indi də eyni vəziyyətdir. Mənim sosial şəbəkədə olan videomüraciətim boşuna getdi", - deyə deputatın qızı əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənmişdi.
Oxşar xəbərlər
Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar?
Astroloqların fikrincə, yaxın zamanda bir neçə bürcün şəxsi həyatında ciddi dəyişikliklər baş verəcək. Bəziləri üçün bu, yeni romantik münasibətlərin başlanğıcı...