"Əl-Cəzirə": "İran və İsrail arasında müharibə ehtimalı artır"
Son həftələrdə İran və İsrail arasında gərginlik yeni mərhələyə keçə bilər.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Əl-Cəzirə" telekanalının yaydığı məlumata görə, münaqişənin birinci mərhələsinin bitməsindən sonra bölgədəki siyasi, təhlükəsizlik və hərbi hərəkətlər gərginliyin artmasına səbəb olub.
Analitik hesabata görə, enerji bazarlarında da münaqişə ehtimalı ilə bağlı narahatlıqlar artıb. Son həftələrdə neftin qiyməti 5-10 dollar arasında yüksəlib. Xüsusilə, Fars körfəzi regionunda neftötürücü xətlərə qarşı hər hansı təhdidin qiymətləri daha da yüksəldə biləcəyi vurğulanır.
İsrailin ABŞ-dən aldığı silahların, xüsusilə bunker məhv edən bombaların, daha geniş hərbi əməliyyatlar üçün nəzərdə tutulduğu ehtimal edilir. Habelə ABŞ və İsrailin Livan və İraqda basqıları artırdıqları da bildirilir.
Oxşar xəbərlər
Uşağın dil açmasına təsir edən əsas faktorlar
Son illər uşaqlar arasında gec danışmaq kimi problemlər artıb. Bir çoxu bunu ekoloji problemlər, bir çoxu isə qəbul edilən qidalarla bağlayır. Bəs mütəxəssislər...