Əhməd Cavadın nəticəsinə vəzifə verildi

Azərbaycan Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub.
Oxu.Az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, Cavad Axundzadə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri, Əşrəf Qasım isə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetində (BDU) bakalavr və magistr təhsili almış C.Axundzadə 2007-ci ildən əmək fəaliyyətinə başlayıb. İdman sahəsində 15 ildən çox iş təcrübəsi var. O, Azərbaycan şairi Əhməd Cavadın nəticəsidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış Ə.Qasım 2002-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Oxşar xəbərlər
Kainatın pis gözdən və şər qüvvələrdən qoruduğu yeganə BÜRC
Astroloji inanclara görə, kainat hər bürcə fərqli yanaşır. Bəziləri üçün sanki görünməz bir qalxan yaradır, bəzilərini isə sınaqlarla gücləndirir. Lakin astrolo...
