Əgər uşağınızda bu əlamətlər varsa - "Böyüyəndə keçər" deməyin!

Əgər uşağınızda bu əlamətlər varsa - Böyüyəndə keçər deməyin!
Digər 77

"Uşağım danışmır, bu autizmdir?" Son zamanlar valideynləri ən çox bu saul maraqlandırır.

Bu barədə defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, bu iki anlayışı qarışdırmamaq çox vacibdir.

Əgər uşağınızda bu əlamətlər varsa -

"Bir loqoped olaraq deyə bilərəm ki, hər nitq ləngiməsi autizm deyil. Amma hər autizmli uşaqda nitq problemi olur.

Autizm – nevroinkişaf pozuntusudur. Bu sahədə beynəlxalq diaqnostik meyarlar əsasən Autism Spectrum Disorder (ASD) anlayışı altında toplanır", - deyə Fatimə Məmmədova bildirib.

Autizmdə əsas çətinliklər:

Sosial ünsiyyətdə çətinlik

Göz kontaktının zəifliyi

Adına reaksiya verməmə

Təkrarlayıcı hərəkətlər

Oyun qurmaqda çətinlik

Mütəxəssis deyir ki, burada problem təkcə danışmamaq deyil, ünsiyyət qurmaq istəməmək və ya bacarmamaqdır.

Nitq ləngiməsi nədir?

Nitq ləngiməsində uşaq:

Ünsiyyət qurmaq istəyir

Göz kontaktı var

Jest və mimikalardan istifadə edir

Amma söz ehtiyatı yaşıdlarından geri qalır

Mütəxəssis deyir ki, burada əsas problem nitqin inkişaf tempinin zəif olmasıdır, sosial əlaqə isə qorunur:

"Sadə dildə desəm nitq ləngiməsi olan uşaq səninlə əlaqə qurmaq istəyir, amma danışa bilmir. Autizmli uşaq isə bəzən əlaqə qurmaq istəmir və ya necə quracağını bilmir".

Valideynlər nə etməlidir?

Fatimə Məmmədova deyir ki, valideynlər heç zaman "Böyüyəndə keçər" deməməlidir:

"2 yaşında söz yoxdursa – gözləməyin. Erkən müdaxilə çox vacibdir. Mütləq loqoped və inkişaf üzrə mütəxəssis qiymətləndirməsi olunmalıdır. Unutmayın: erkən dəstək uşağın gələcəyini dəyişə bilər".

Ziya SƏCCAD

Son xəbərlər