Dördqat dünya çempionu it dişləməsi nəticəsində xəsarət alıb
15
iyl
2025
18:50
Norveçli xizəçki, dördqat dünya çempionu Emil İversen it dişləməsi nəticəsində xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 33 yaşlı idmançı qaçış zamanı itin hücumuna məruz qalıb.
Hadisədən dərhal sonra o, təcili yardım otağına aparılıb. Xəsarət ağır olmadığı üçün İversenin yarasına dikiş atmağa ehtiyaca qalmayıb.
Qeyd edək ki, Emil İversen həm də 2022-ci il Olimpiya estafetinin gümüş mükafatçısıdır.
Oxşar xəbərlər
Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif olunub. BAKU....