Dənizə getmək üçün ideal hava temperaturu neçə dərəcə olmalıdır?

Yay mövsümündə istirahət planlayanların ən çox verdiyi suallardan biri də "dənizə getmək üçün ən uyğun hava hansı olmalıdır?" sualıdır. Mütəxəssislər bildirir ki, həm hava, həm də suyun temperaturu insan sağlamlığı və komfortu üçün mühüm rol oynayır.
BAKU.WS xəbər verir ki, dənizə getmək üçün ən ideal hava 28–32 dərəcə arası hesab olunur.
Bu göstərici orqanizm üçün həm rahat, həm də təhlükəsizdir. 35 dərəcədən yuxarı temperaturda günvurma riski artır, 25 dərəcədən aşağı olduqda isə üşütmə və narahatlıq yarana bilər.
Üzmək üçün ən uyğun su temperaturu isə 24-27 dərəcədir. Bu göstəricidə suda uzun müddət qalmaq həm sağlamlıq, həm də əyləncə baxımından daha komfortludur. 22 dərəcədən aşağı olduqda su soyuq sayılır və sağlamlıq üçün risklidir. 29 dərəcədən yuxarıda isə suda sərinlədici effekt azalır.
Həkimlər günün ən isti saatlarında 12:00-dan 16:00-a qədər dənizə girməməyi məsləhət görürlər. Səhər və axşam saatları həm hava, həm də suyun temperaturuna görə daha münasib sayılır.
Oxşar xəbərlər
İl sonuna qədər ev və maşın ala biləcək 3 BÜRC
Astroloji proqnozlara görə bəzi bürclər ilin sonuna qədər böyük maddi qərarlar verə bilər. Əlbəttə, bu, hər kəs üçün dəqiq "qarantiya" deyil, sadəcə planetlərin...
