Daha iki ölkədə "Haribo" marmeladlarında narkotik maddə aşkarlandı
Niderlandın ardınca Belçika və Lüksemburqda da "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkarlanıb.
BAKU.WS xəbər verir ki, "Haribo" şirniyyatlarının istehsalçısı Belçika və Lüksemburqdakı alıcıları müəyyən növ marmeladları yeməməyə və onları şirkətə qaytarmağa çağırıb.
Narkotik maddələrin "Haribo Happy Cola F!ZZ" kiloqramlıq paketlərində necə peyda olduğu hələ məlum deyil.
Hazırda narkotik maddənin "Haribo Happy Cola F!ZZ" markalı, bir kiloqramlıq qablaşdırmalara necə düşdüyü məlum deyil. Söhbət istehsal kodu L341-4002307906 olan və istifadə müddəti yanvar 2026-da bitəcək məhsullardan gedir.
Xatırladaq ki, bir qədər əvvəl Niderlandda Almaniyanın "Haribo" şirkətinə məxsus marmeladlarda kannabis tapılmışdı. Şirkət həmin məhsulların istifadəsinin başgicəllənmə kimi sağlamlıq problemlərinə yol aça biləcəyini açıqlamışdı.
Oxşar xəbərlər
Azərbaycanda Qum fırtınas - Nə baş verib?
Azərbaycanda qum fırtınasına bənzəyən təbiət hadisəsi müşahidə edilib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Bildirilir ki, Bil...