"Çukur"un "Timsah Celili"ndən etiraf: "Qadın olmaq istədiyim üçün peşəm əlimdən alınıb"

Çukurun Timsah Celilindən etiraf: Qadın olmaq istədiyim üçün peşəm əlimdən alınıb
Video
Digər 50

"Çukur" serialında canlandırdığı "Timsah Celil" xarakteri ilə yaddaşlara həkk olunan türkiyəli aktyor Ahmet Melih Yılmaz illər öncə cinsiyyətdəyişmə əməliyyatı keçirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bugünlərdə o, psixoloq Esra Ezmecinin "YouTube" kanalının qonağı olub.

Cinsiyyətdəyişmə əməliyyatından sonra məşhur aktyor təxminən 5 ildir ki, Meli Bendeli adını istifadə edir. O, əməliyyatdan sonra atası ilə arasının pozulduğunu və hələ də ünsiyyətlərinin bərpa olunmadığını bildirib.

Bendelinin sözlərinə görə, qadın olmaq istədiyi üçün peşəsi əlindən alınıb və o, həyatda qala bilmək üçün eskort xidməti göstərməyə məcbur olub. Məşhur qeyd edib ki, ekrandan uzaqlaşdırılsa da, əvvəlcə teatrda bəxtini sınamağa qərar verib, yalnız bundan sonra küçələrə üz tutub.

Sektordan addım-addım uzaqlaşmaq məcburiyyətində qaldığını bildirən Bendeli aktyorluqdan kənar bir iş bacarmadığını və bu səbəbdən gəlir əldə edə bilmədiyini açıqlayıb. O, sosial həyatını məhdudlaşdırmaq məcburiyyətində qaldığını, vaxtaşırı dolğu əməliyyatları üçün əsas ehtiyaclarını təxirə saldığını da ifadə edib.

Son xəbərlər