Çinli alimlər sümüksüz sazan növü yetişdiriblər
Çin alimləri, demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, elm adamları CRISPR texnologiyasından istifadə etməklə xırda sümüklərin böyüməsinə şərait yaradan geni deaktiv ediblər.
"Yeni yaradılan sazan növündə yalnız əsas sümüklər - qabırğalar və onurğa qalacaq. Bütün kiçik əzələarası sümüklər isə yoxa çıxıb. Əsas nailiyyət balığı yeyərkən həmişə narahatedici olan kiçik sümüklərin çıxarılmasıdır. Əsas sümükləri çıxarmaq isə mümkün deyil, belə olsa, balıq sağ qalmayacaq", - deyə tədqiqatda iştirak edən alimlərdən biri bildirib.
Alimlər həmçinin yeni balıq növlərinin daha sürətli və güclü böyüyəcəyini və dəyişikliklərə davamlı olacağını bəyan ediblər.
Oxşar xəbərlər
Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar
Armud vitaminlər, minerallar və qida lifləri ilə zəngin meyvələrdən biridir. O, həzm sisteminin fəaliyyətini dəstəkləyir və sağlam qidalanmanın bir hissəsi hesa...