Çimərlik seçərkən nələrə diqqət edək?
Yay aylarında dənizdə istirahət çoxları üçün sevimli məşğuliyyətdir, amma çimərlik seçərkən bəzi vacib məqamlara diqqət yetirilməlidir ki, istirahət həm təhlükəsiz, həm də sağlam keçsin.
BAKU.WS çimərlik seçərkən nəzərə alınmalı əsas məqamları təqdim edir:
Yalnız rəsmi olaraq fəaliyyət göstərən, Fövqəladə Hallar Nazirliyi və ya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş çimərliklərə üstünlük verin. Bu cür çimərliklərdə xilasetmə xidmətləri, təhlükəsizlik kameraları və ilk yardım məntəqəsi olur.
Suyun rengi bulanıq və ya kənar qoxu varsa, orada çimməməyə çalışın. Sahildə zibil qutularının olması, təmiz tualetlər və duş yerləri vacibdir. Qida məhsulları satılan yerlərin gigiyenik olması da diqqətə alınmalıdır.
Dəniz dibinin kəskin daşlı, birdən dərinləşən və ya palçıqla örtülü olmaması vacibdir. Gizli girdablar və güclü axınlar olan ərazilərdə çimmək təhlükəlidir. Əvvəl həmin çimərlikdə çimən insanlardan və ya xilasetmədən ərazi ilə bağlı məlumat alın.
Təmiz, təhlükəsiz və nizamlı çimərliklərdə giriş ödənişli ola bilər, amma bu, xidmətin səviyyəsini göstərir.
Həddindən artıq ucuz yerlərdə təhlükəsizlik və təmizlik riski yüksək olur.
Oxşar xəbərlər
Yaxında varlanacaq, həyatı tam dəyişəcək bürclər
2026-cı ildə yaxın zamanlarda həyatı dəyişə biləcək, maliyyə baxımından uğur üçün potensialı yüksək hesab edilən bəzi bürclər haqqında ümumi astroloji proqnoz v...