ChatGPT-yə "qrup söhbəti" funksiyasını əlavə edildi
OpenAI ChatGPT platformuna yeni qrup söhbəti funksiyasının əlavə olunduğunu açıqlayıb. Bu imkan istifadəçilərə dostları, ailə üzvləri və ya iş yoldaşları ilə birlikdə eyni pəncərədə ChatGPT ilə ortaq şəkildə işləməyə şərait yaradır.
BAKU.WS xəbər verir ki, yeni funksiya ilkin olaraq Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Tayvanda aktiv edilib. Şirkət yaxın zamanda digər ölkələrə də genişləndirməyi planlaşdırır.
Qrup söhbəti Free, Go, Plus və Pro hesablarında əlçatandır, lakin Education, Enterprise və Business aboneliklərinə daxil deyil.
OpenAI bildirir ki, bu imkan planlama, layihə hazırlığı və beyin fırtınası kimi prosesləri xeyli asanlaşdıracaq.
İstifadəçilər sadəcə dəvət olunan hesabla daxil olub, söhbətə digər şəxsləri əlavə etməklə qrupu yarada biləcəklər.
Şirkət həmçinin vurğulayıb ki, qrup söhbətlərində yaddaş funksiyası deaktiv olacaq və şəxsi söhbət məlumatları qrupla paylaşılmayacaq. Bu da istifadəçilər üçün daha təhlükəsiz və məxfi mühit yaradacaq.
Oxşar xəbərlər
Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar
İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir. BAKU.WS "Report"a istinadən xəbər...