"ChatGPT"nin işi ilə bağlı problem yaranıb
Dünyanın hər yerindən olan istifadəçilər "OpenAI" şirkətinin məşhur "ChatGPT" çat-botunun fəaliyyətində qlobal nasazlığın yarandığını bildiriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Downdetector"un məlumatları göstərir.
Nasazlıqlar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur.
İnsanlar şəxsi kabinetə giriş problemlərindən, saytdakı nasazlıqdan və "ChatGPT"nin sorğulara gec cavab verməsindən şikayətlənirlər. Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olur.
"OpenAI"dan bildirilib ki, yaranmış problemlərdən xəbərdardırlar və onların aradan qaldırılması istiqamətində işlər aparırlar.
"ChatGPT"nin işində sonuncu nasazlıq 2025-ci ilin dekabrında müşahidə edilmişdi.
Oxşar xəbərlər
Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb
Ermənistan münaqişə zamanı itkin düşmüş şəxslərin axtarışı məsələsində Azərbaycanla əməkdaşlıq etməlidir. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a, Belçikanı...