Cənubi Koreya prezidenti yeganə mənzilini satır
Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsi yönündə kampaniyasına dəstək olaraq yeganə mənzilini satacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat verib.
"Mənim artıq evim yoxdur", - deyə prezident Nazirlər Kabinetinin iclasında bildirib.
Mənbələrin məlumatına görə, ilkin müqavilə imzalanıb və saziş tezliklə bağlanacaq.
Fevral ayında Li Çje Myon paytaxtdan 20 kilometr cənubda yerləşən Sonnam şəhərinin dəbdəbəli ərazisindəki mənzilini satışa çıxarıb. Daha əvvəl siyasətçi daşınmaz əmlak bazarında spekulyasiyalar və sürətlə artan mənzil qiymətləri ilə mübarizə kampaniyası çərçivəsində vergi və maliyyə siyasətini yenidən nəzərdən keçirmək planlarını açıqlamışdı.
Oxşar xəbərlər
Sentyabrın ilk günü hava belə olacaq
Azərbaycanda sentybarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yay...