Bu vərdiş qəhvəni zərərli edir - Həkimdən XƏBƏRDARLIQ

Bu vərdiş qəhvəni zərərli edir - Həkimdən XƏBƏRDARLIQ
Digər 148

Kofe sağlamlıq üçün faydalı hesab olunsa da, bir vərdiş onun müsbət təsirlərini demək olar ki, tamamilə aradan qaldıra bilər.

BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı kardioloq İrina Vasilyeva danışıb.

Həkimin sözlərinə görə, səhər saatlarında normada - gündə iki-üç fincan kofe qəbul etmək ürək-damar sistemi xəstəlikləri riskini azaldır. Bundan əlavə, kofe şəkərli diabetin yaranma ehtimalını aşağı salır və qaraciyərin sağlamlığına müsbət təsir göstərir.

Lakin mütəxəssis xəbərdarlıq edib ki, kofeyə həddindən artıq şəkər, yağlı qaymaq və şirin siroplar əlavə etmək onun faydalı xüsusiyyətlərini neytrallaşdırır.

Kardioloq həmçinin nəzarətsiz yüksək arterial təzyiqdən əziyyət çəkən və kofeinə qarşı həssaslığı olan şəxslərə bu içkini ehtiyatla qəbul etməyi tövsiyə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyənin "Adriana Lima"sı saxlanıldı

Türkiyənin "Adriana Lima"sı saxlanıldı

Türkiyənin İstanbul şəhərində aparılan genişmiqyaslı "fond araşdırması" çərçivəsində üçüncü əməliyyat keçirilib və "Survivor" yarışması ilə tanınan, Türkiyənin...

41 Digər 20:29 25 sentyabr 2026

Son xəbərlər