Bu spirtli içkidən istifadə korluğa səbəb olur

Bu spirtli içkidən istifadə korluğa səbəb olur
Digər 258

"Samoqon"un (spirtli içki) istifadəsi tərkibində yüksək miqdarda zəhərli qarışıqlar və metanol olduğuna görə tam görmə itkisinə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, bunu "riamo.ru" portalına açıqlamasında psixiatr-narkoloq Vasili Şurov bildirib.

Mütəxəssisin sözlərinə görə, ev şəraitində hazırlanan spirtli içkilərin istehsalı zamanı qaçılmaz olaraq sivuş yağları əmələ gəlir. Bu maddələr xüsusilə ən zəhərli və bulanıq fraksiyada daha çox toplanır.

Şurov qeyd edib ki, evdə aparılan distillə prosesi həmişə risk daşıyır, çünki istehsal şəraitinə və ayrılan fraksiyalara tam nəzarət etmək mümkün olmur:

"İstehsal texnologiyasının pozulması nəticəsində içkidə metanolun miqdarı arta bilər. Metanolun normadan artıq olması isə görmə sinirini zədələyir və geri dönməz korluğa səbəb olur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Serdar Ortaç vəsiyyətini açıqladı

Serdar Ortaç vəsiyyətini açıqladı

Türkiyəli müğənni Serdar Ortaç sağlığında vəsiyyətnaməsini hazırladığını və bütün əmlakının kimlərə qalacağını müəyyənləşdirdiyini açıqlayıb. Sənətçi ölümündən...

384 Digər 23:59 21 sentyabr 2026

Son xəbərlər