Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA
Ölkə ərazisində iyulun 22-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir.
İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəçevirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-də 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.
Oxşar xəbərlər
Demensiya riskini 45 faiz artıran amillər açıqlanıb
Demensiyanın müalicəsi üzrə mütəxəssis Ketrin Mammeri demensiyanın inkişaf riskini 45 faiz artıran amilləri sadalayıb. BAKU.WS xəbər verir ki, bu barədə "Mirro...