Bayram günlərindən qalan təhlükə - Uşaqlarda nəyi aşılamaq lazımdır?

Bayram günlərindən qalan təhlükə - Uşaqlarda nəyi aşılamaq lazımdır?
Foto
Digər 75

Bayram günlərində hər birimiz partladan səslərini eşitməyə adət etmişik. Baxmayaraq ki, rəsmi şəkildə qadağan olunmuş pirotexniki vasitələr, xalq dili ilə desək, "zırpaket"lər tətil və bayram günlərində partladılıb. Yeni il gecəsi isə bir çoxu fişənglərdən istifadə edir.

Bayram geridə qalsa da, hələ də küçələrdə partlayış səsləri eşidilir. Mütəxəssislər isə bildirirlər ki, belə partlayışların fiziki zərəri ilə yanaşı psixoloji təsirləri də az deyil.

Psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib ki, uşaqların sinir sistemi parlaq işığa və yüksək səsə həssasdır. Onun sözlərinə görə, bu cür təhlükəli oyunlar beyində həyəcan və maraq yaradır, adrenalin ifrazını artırır və uşağa "əyləncəli" kimi görünür.

Bayram günlərindən qalan təhlükə - Uşaqlarda nəyi aşılamaq lazımdır?

"Uşaqlarda qadağa hissi təhlükəni dərk etmədən, sadəcə cəlbedici bir oyun kimi qəbul edilir. "Olmaz", "toxunma", "təhlükəlidir" kimi ifadələr uşaqlarda marağı daha da artırır.

Xüsusilə məktəbli uşaqlar üçün risk etmək "böyümüş kimi görünmək", cəsarətli olmaq deməkdir.

Pirotexniki maddələr bu hissi sürətli şəkildə yaradır. Uşaqlar öz cəsarətlərini nümayiş etdirmək üçün bu vasirələrdən özlərinə zərər verəcək şəlildə istifadə edillər. Bunun nəticəsində isə bir çox yaralanmalar, müxtəlif yanıq xəsarətləri və maddi fəsaslar törənir.

Azyaşlı uşaqlarda isə təqlid və sosial təsir əsas rol oynayır.

Böyüklərin bayramlarda fişəng atması, sosial şəbəkələrdə bu görüntülərin yayılması uşaqlarda "normal və əyləncəli davranış" təsəvvürü formalaşdırır.

Bəzi uşaqlar yığılan enerjini, hirs və gərginliyi səs və partlayışla boşaltmağa meylli olurlar. Bu, özünü tənzimləmə bacarığının hələ tam formalaşmaması ilə bağlıdır", - deyə ekspert bildirib.

Əbdül Səlimli əlavə edib ki, uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün qorxutmaq əvəzinə sakit və aydın izah vermək, uşağın enerjisini təhlükəsiz alternativlərə yönləndirmək (idman, aktiv oyunlar) önəmli rol yonayır:

"Böyüklər öz davranışları ilə nümunə olmalıdır. Təhlükə və onun fəsadlarını uşağın yaşına uyğun dillə izah edilməlidir".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Son xəbərlər