Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il atəşfəşanlığı olub
01
yan
2025
00:21
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm bayram atəşfəşanlığı keçirilib.
Atəşfəşanlığı Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub.
Xalqımız 2025-ci ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.
Oxşar xəbərlər
"İlaxır çərşənbənin səhəri su üstünə gələrlər" - Lənkəranlılar Novruz ənənəsindən danışdılar
Cənub bölgəsində İlaxır çərşənbənin səhəri daha təmtəraqla qeyd olunur. Bu günün ən maraqlı və qədim adətlərindən biri isə səhər tezdən çay üstünə getməkdir. Lə...