Bakıda 850-dən çox şagirdi olan məktəbdə idman zalı yoxdur: Valideyn şikayəti

Bakıda 850-dən çox şagirdi olan məktəbdə idman zalı yoxdur: Valideyn şikayəti
Video
Digər 53

Bakının Xəzər rayonu, Yeni Qala qəsəbəsində yerləşən 323 nömrəli tam orta ümumtəhsil məktəbində idman zalının olmaması valideynlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaşlar bildirirlər ki, şagirdlər idman dərslərini normal şəkildə keçə bilmirlər.

Hətta bəzi hallarda uşaqlar dərs zamanı məktəbin yaxınlığındakı avtomobillərin hərəkət etdiyi ərazidə oynamağa məcbur olurlar. Bu isə onların təhlükəsizliyi baxımından ciddi risklər yaradır.

"Məktəbdə 850-dən çox şagird təhsil alır. İdman zalı, stadion olmadığı üçün uşaqlar məcbur qalıb asfaltın üzərində futbol oynayırlar. Bir neçə uşaq yıxılıb, ağzı-burnu əzilib", - deyə valideynlərdən biri qeyd edib.

Mövcud vəziyyətlə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məktəb infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilir:

"Bu tədbirlər təhsil alanların tədris şəraitinin yaxşılaşdırılmasına, təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir. Sözügedən məktəbin qarşıdakı illərdə yenidən qurulması həyata keçiriləcəyi təqdirdə idman zalının tikilməsi nəzərdə tutulur".

Son xəbərlər