Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatıb
31
may
2025
18:55
Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.
Bu barədə "Report"a QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.
Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.
Oxşar xəbərlər
Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub
Zəngilan Şəhər Günü münasibətilə atəşfəşanlıq olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zəngilan Şəhər Günü münasibətilə təşkil edilən silsilə tədbirlər...