Azərbaycanda Qum fırtınas - Nə baş verib?
Azərbaycanda qum fırtınasına bənzəyən təbiət hadisəsi müşahidə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Bildirilir ki, Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub.
Burulğan dar ərazidə atmosferdə yaranan kəskin təzyiq qradiyenti nəticəsində formalaşan çox güclü külək hadisəsidir. Düzən ərazilərdə isti və soyuq hava kütlələri arasında təzyiq fərqinin yüksək olduğu hallarda lokal xarakterli burulğanlar yarana bilər. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Bakuws saytının sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, iddia olunan görüntünün çəkildiyi ərazidə meteoroloji müşahidə məntəqəsi olmadığından görüntüdə əks olunan lokal hadisənin baş verib-vermədiyini təsdiqləmək mümkün deyil.
Ziya Babayev
Oxşar xəbərlər
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb
Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən ab...