AZAL təyyarəsinin qəzası ilə bağlı məktub üzə çıxdı: Məsuliyyət daşıyanlar cəzasız qalacaqlar?
"2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə anonim istifadəçi tərəfindən "BT News" "Telegram" kanalına göndərilən sənəddə bildirilir.
Sənədin, əslində, Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub olduğu iddia edilir.
Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür
Qalereya
AZAL təyyarəsi "Pantsir-S1" hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində zədə alıb və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Bu sənədin məzmunu Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və "bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə" hazır olduğunu bildirmişdi.
Lakin "nə lazımdırsa", ilk növbədə, günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir.
Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.
Oxşar xəbərlər
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb. Bu barədə BAKU.WS-ə Məktəbə...