Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, avqustun 20-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.
Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edilib ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqu...