Asılılıqlardan necə xilas olaq?
Asılılıqlar yalnız maddələrlə bağlı deyil.
Bu barədə defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, telefon, sosial media, qumar, toksik münasibətlər və hətta müəyyən insanlara bağlılıq da psixoloji asılılıq formalarıdır.
"Bu halların hamısında ortaq bir mexanizm var: insan təhlükəni əvvəlcədən dərk etsə də, istək anında özünü idarə etməkdə çətinlik çəkir.
Asılılıq zamanı beyin ani həzzə fokuslanır, nəticələri isə ikinci plana atır. Bu səbəbdən "bir dəfə olar", "sonuncu dəfədir" kimi düşüncələr yaranır və dövr təkrarlanır.
Müasir psixologiya bu nöqtədə iradəni deyil, qabaqcadan qurulmuş qoruyucu mexanizmləri ön plana çıxarır. Odisseus hekayəsində olduğu kimi, insan öz zəif olacağını bildiyi anlar üçün əvvəlcədən sərhəd qoyduqda, asılılıq dövrünü qırmaq mümkündür", - deyə mütəxəssis bildirib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Azərbaycanın bölgələrinə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorolo...