Apple qatlanan iPhone üçün planlarını dəyişir: 2026-cı ildən yeni buraxılış cədvəli

ABŞ-nin texnologiya nəhəngi Apple 2026-cı ildə ilk qatlanan iPhone modelini təqdim etmək üçün iPhone-ların buraxılış qrafikində ciddi dəyişikliklər planlaşdırır.
BAKU.WS xəbər verir ki, "The Verge" nəşrinin "The Information"a istinadla yaydığı məlumata görə, şirkət 2026-cı ilin payızında iPhone 18 Pro, Pro Max, Air və ilk qatlanan iPhone modellərini təqdim etməyi planlaşdırır. Ənənəvi iPhone 18 və iPhone 17e modelləri isə 2027-ci ilin yazında bazara çıxarılacaq.
Apple bu strategiya ilə istehsalatın yükünü azaltmağı və altı cihazdan ibarət yeni məhsul xəttinə daha effektiv nəzarət etməyi hədəfləyir.
Sözügedən qatlanan iPhone modelinin Samsung Galaxy Z Fold cihazına bənzər "kitab formasında" dizayna malik olacağı bildirilir. Cihazın 5,7 düymlük xarici və təxminən 8 düymlük daxili ekranı olacaq. Apple bu cihazlarda qat yerinin mümkün qədər nəzərə çarpmamasına çalışır.
Məlumata görə, iPhone 18 Pro modeli ilk dəfə olaraq Face ID texnologiyasını ekran altına inteqrasiya edəcək. Bu isə yalnız ön kameranın yerləşəcəyi kiçik bir hissənin qalmasına və cihazın demək olar ki, çərçivəsiz görünüş qazanmasına imkan verəcək.
Buraxılış tarixlərinin ayrılması Apple-a resursları daha optimal bölüşdürməyə və ənənəvi olaraq yüksək tələbatın olduğu payız aylarında premium modellərə fokuslanmağa şərait yaradacaq.
Qatlanan iPhone-un qiymətinin 2000–2500 dollar arasında olacağı gözlənilir. Bu da onu Apple-ın indiyədək təqdim etdiyi ən bahalı modelə çevirəcək.

Oxşar xəbərlər
Sonsuz ehtiras: BÜRCLƏR arasında ən yaxşı 5 aşiq
Bürclər insanın xarakterinə deyil, həm də münasibətlərinə və intim həyatına təsir edə bilər. BAKU.WS xəbər verir ki, Şaman, ekstrasens Kazetta Axmetjanova "Veç...