"AnewZ" "Somali - suverenlik uğrunda mübarizə" adlı filmi təqdim edib
"AnewZ" telekanalında kanalın ən uğurlu layihələrindən biri olan "Cəbhə xətti"nin davamı olan "Somali - suverenlik uğrunda mübarizə" adlı sənədli filmin premyerası olub.
BAKU.WS xəbər verir ki, yeni film onilliklər ərzində silahlı münaqişələrin, terrorun, hakimiyyət uğrunda mübarizənin və xarici oyunçuların maraqlarının kəsişdiyi Somalidəki vəziyyətə həsr olunub.
Afrika Buynuzunda, Qırmızı dəniz, Ədən körfəzi və Hind okeanı arasındakı əsas dəniz yollarının kəsişməsində yerləşən Somali dünyanın ən qeyri-sabit, eyni zamanda strateji cəhətdən ən vacib nöqtələrindən biri olaraq qalır.
Filmin müəllifi telekanalın sənədli layihələrinin aparıcı prodüseri Anastasiya Lavrina, rejissoru isə Bəhruz Qədirovdur. Çəkilişlər Somali üçün dönüş nöqtəsi olan dövrdə - ölkə tarixində "bir nəfər - bir səs" prinsipi ilə keçirilən ilk bələdiyyə seçkiləri zamanı, həmçinin İsrailin Somaliləndi tanımaq qərarından sonra aparılıb.
"Bu addım geniş beynəlxalq rezonansa səbəb oldu, çünki söhbət dünya birliyinin Somalinin bir hissəsi hesab etdiyi ərazidən gedir", - telekanal qeyd edir.
Filmin premyerası Azərbaycan və Somali arasında diplomatik münasibətlərin möhkəmləndiyi dövrə təsadüf edib. Somali Prezidenti Həsən Şeyx Mahmudun ötən il Bakıya səfəri və bu il ölkənin Azərbaycanda səfirliyinin açılması əməkdaşlığın inkişafında mühüm addımlar oldu.
Sənədli film artıq "AnewZ" telekanalının bütün rəqəmsal platformalarında mövcuddur.
Qalereya
Oxşar xəbərlər
SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın "Ukrnafta" şirkəti mövcud əməkdaşlığın cari vəziyyətini, inkişaf perspektivlərini müzakirə edib. BAKU.WS x...