Android 16 oğurlanan telefonları tam bloklayacaq
Google, oğurluq hallarına qarşı mübarizəni gücləndirmək üçün Android 16-da yeni təhlükəsizlik funksiyası təqdim edəcək. Bu funksiya oğurlanan telefonların istifadə edilməsinin qarşısını alacaq və cihazı tamamilə yararsız hala gətirəcək.
BAKU.WS xəbər verir ki, şirkətin məlumatına görə, bu funksiya telefonun zavod ayarlarına məcburi qaydada qaytarılmasının qarşısını alacaq. Beləliklə, oğrular cihazı sıfırlayıb istifadə edə bilməyəcək. Şübhəli fəaliyyət aşkarlandıqda cihaz avtomatik bloklanacaq və yalnız sahibi tərəfindən identifikasiya yolu ilə bərpa edilə biləcək.
Yeni funksiya bu ilin sonuna kimi Android 16 yeniləməsi çərçivəsində təqdim olunacaq. Hazırda bu xüsusiyyət beta versiya 4.1-də mövcud deyil.
Oxşar xəbərlər
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi
ABŞ Dövlət Departamenti Kubaya qarşı sanksiyaların genişləndirildiyini elan edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sanksiyalar Kubanın Turizm Nazirliy...